Əmisi oğlunu öldürən Lerik sakininin Apellyasiya Məhkəməsi başlayıb

Əmisi oğlunu öldürən Lerik sakininin Apellyasiya Məhkəməsi başlayıb
# 26 iyul 2016 07:42 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bakı Apellyasiya Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Elşən Nəsirovun şikayəti üzrə ilkin baxış iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı avqustun 5-nə təyin edilib.

Qeyd edək ki, Lerik rayon sakini, 23 yaşlı Nəsirov Elşən Nəzir oğlu əmisi oğlu Elnur Balaşirin oğlu Nəsirovun başını kəsərək qətlə yetirib. Hadisə

2015-ci ilin noyabrında Bakıda baş verib. Elşən Nəsirov məhkəmədə bildirib ki, Elnur Nəsirovun əmisi qızı ilə yox, universitetdə birlikdə oxuduğu başqa qızla evləndiyi üçün onu öldürüb. Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunan Elşən Nəsirov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, öldürülən gənc Lerik rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR