İnvestisiya fondlarının aidiyyati şəxslərlə əqdləri bağlaması qaydaları dəyişdirilir

İnvestisiya fondlarının aidiyyati şəxslərlə əqdləri bağlaması qaydaları dəyişdirilir
# 01 aprel 2016 16:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda “İnvestisya fondları haqqında” qanuna dəyişikliklər ediləcək.

APA-Economics”in məlumatına görə, qanun layihəsində səhmdar investisiya fondu ilə ona aidiyyati olan şəxslər arasında əqdlərin bağlanması qaydalarında dəyişiklik təklif edilir. Başqa sözlə, indiyədək səhmdar investisiya fondunun buraxdığı səhmlərlə bağlanılan əqsdlər istisna olmaqla, səhmdar investisiya fondu ilə onun aidiyyati şəxsləri arasında fondun aktivlərinin dəyərinin 10%-dən artıq məbləğdə əqdlərin bağlanılmasına yalnız Müşahidə Şurasının bütün üzvlərinin razılığı ilə yol verilirdi.

Təklif olunan dəyişikliklər qəbul edilsə, səhmdar investisiya fondu ilə ona aidiyyati olan şəxslər arasında fondun aktivlərinin dəyərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdlər səhmdar investisiya fondu tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilən qərarları ilə bağlanılacaq.

Bundan başqa, dəyişikliklər bəyənilsə, səhmdar investisiya fondu ilə ona aidiyyati olan şəxslər arasında fondun aktivlərinin dəyərinin 5%-dək hissəsini təşkil edən əqdlərin səhmdar investisiya fondunun nizamnaməsinə uyğun olaraq səhmdarların ümumi yığıncağı, Müşahidə Şurası və ya icra orqanı tərəfindən qəbul edilən qərarı ilə bağlanılması mümkün olacaq.

“Səhmdar investisiya fondunun müşahidə şurasının və icra orqanı üzvləri, habelə investisiya fondunun struktur bölmələrinin (filial, departament, şöbə və s.) rəhbərləri özlərinin bu qanunun 27.1.3-cü və 27.1.9-ce maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyati şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər”, - deyə qanun layihəsində qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR