SOCAR Azərbaycandakı 20-ci yanacaqdoldurma məntəqəsini açıb

SOCAR Azərbaycandakı 20-ci yanacaqdoldurma məntəqəsini açıb
# 12 may 2016 14:46 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Bakının Ziya Bünyadov prospektində SOCAR brendi altında sayca 20-ci yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi keçirilib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev və digər rəhbər işçilər, qonaqlar iştirak ediblər.

R. Abdullayev YDM-in rəsmi açılışını bildirən rəmzi lenti kəsdikdən sonra məntəqədə yaradılan şəraitlə tanış olub. Yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, ASAN ödəniş terminalı, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı qurğular və avtomatika sistemi quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR