ABŞ-da yüngülmotorlu təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

ABŞ-da yüngülmotorlu təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb
# 09 aprel 2016 05:21 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Alyaska ştatında “Cessna 206” yüngülmotorlu təyyarəsi qəzaya uğrayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.

Təyyarə əhalisi 450 nəfər təşkil edən Anqun şəhəri yaxınlığında yerə düşüb. Onun göyərtəsində 4 nəfər olub. Xilasedicilər təyyarənin sərnişinlərindən biri olan qadının sağ qaldığını təsdiq ediblər. Ağır xəsarətlər alan qadın xəstəxanaya göndərilib.

İlkin ehtimala görə, qəzaya pis hava şəraiti səbəb olub. Havanın güclü küləklə müşayiət olunması xilasedici işləri çətinləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR