ABŞ-da 88-ci “Oskar” mükafatları təqdim olunub

ABŞ-da 88-ci “Oskar” mükafatları təqdim olunub
# 29 fevral 2016 07:35 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. ABŞ-da 88-ci “Oskar” mükafatının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, Alexandro Qonsales İnyartunun “The Revenant” (“Sağ qalmış”) filminin baş rol ifaçısı Leonardo Di Kaprio “Ən yaxşı kişi rolu” nominasiyasında “Oskar” mükafatına layiq görülüb. A. Q. İnyartu isə “Ən yaxşı rejissor” seçilib.

“Room” filmindəki roluna görə Bri Larson “Ən yaxşı qadın rolu” nominasiyasında qalib olub.

Rejissor Tom Makkartinin “Spotlight” filmi “Ən yaxşı film”, bəstəkar Ennio Morrikonenin bəstələdiyi “The Hateful Eight” filminin musiqisi “Ən yaxşı saundtrek” seçilib.

Ən çox “Oskar” alan film Tom Hardi və Çarliz Teronun baş rolda oynadıqları “Ağılsız Maks” fimi olub. Bu film 6 nominasiyada mükafat alıb.


“Ən yaxşı sənədli film" adını "Amy", "Ən yaxşı qısametrajlı film" adını isə “The Look of Silence" ekran əsərləri qazanıb.

“Ən yaxşı animasiya” filmi nominasiyasının qalibi isə “Inside Out” filmi seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR