Qazaxda yol qəzasında ölən şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİB

Qazaxda yol qəzasında ölən şəxsin kimliyi məlum olub - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB
# 13 noyabr 2015 20:10 (UTC +04:00)

Qazax. Azər Məmmədli – APA. Qazaxda baş verən yol nəqliyyat qəzasında ölən şəxsin kimliyi məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə qəza zamanı ölən sürücü, Qazax rayon Şıxlı kənd sakini, 1972-ci il təvəllüdlü Fərman Musayevdir.

***

20:39

Qazax. Azər Məmmədli - APA. Bu gün axşam saatlarında Bakı-Qazax-Gürcüstan magistral yolunda sürücünün ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə magistral yolun 511-ci kilometrliyində, Qazax rayonu 2-ci Şıxlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı sərnişin daşıyan avtobusla, “Opel” markalı avtomobil toqquşub. Qəza zamanı “Opel”in sürücüsü hadisə yerində ölüb. Onun kimliyi hələ ki məlum deyil. Avtobusda sərnişin olmayıb və sürücüdə xəsarət almayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR