® Ağayev İsmayıl Bəşir oğlunun seçki platforması

<font color=red>® </font>Ağayev İsmayıl Bəşir oğlunun seçki platforması
# 14 oktyabr 2015 10:46 (UTC +04:00)

Milli Məclis ölkə prezidentinin islahatlar sahəsindəki fəaliyyətinə dəstək verməlidir.

İDARƏETMƏ:

Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılması və qaldırılan məsələlərin qanun çərçivəsində ədalətli həlli istiqamətində deputat fəaliyyətinin göstərilməsi;

İQTİSADİYYAT:

Salyan rayonunun sosial-iqtisadi inkişaf proqramının hazırlanması;

Sahibkarlığın, yerli istehsalın inkişafı üçün əlverişli şərait yarada billəcək qanunların hazırlanması;

Xarici sərmayənin bölgəyə cəlb edilməsinin həvəsləndirilməsi məqsədi ilə müvafiq qanunların təkmilləşdirilməsi;

Sponsorlar hesabına Salyan rayonunun İnkişafına Yardım Fondunun yaradılması;

AQRAR SEKTOR:

Kəndin və kəndlinin problemlərinin qanunvericilik yolu ilə həll edilməsi;

Aqrar sektora investisiyaların və güzəştli kreditlərin artırılması məqsədi ilə hökümət qarşısında məsələ qaldırılması;

Kənd təsərüfatının texnika ilə təchizatının yaxşılaşdırılması məqsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsi;

Qanunvericilik təşəbbüsündən istifadə edərək kənd təsərrüfatı məhsullarının kəndlidən əlverişli şərtlərlə satınalmasını nəzərdə tutan müvafiq hüquqi bazanın yaradılması;

Kəndlərdə toplanan məhsulun şəhər bazarlarına asanlıqla daşınması üçün əlavə tədbirlərin görülməsi;

Kənd təsərrüfatının inkişafına mane olan əngəllərin aradan qaldırılması istiqamətində qanunvericilik fəaliyyətinin gücləndirilməsi;

Kənd təsərrüfatı yarmarkalarının açılması;

Yeni şirə və şərab zavodlarının tikilməsinə iş adamlarının cəlb olunması;

Boş sahələrdə tərəvəz məhsullarının əkilməsi (İsrail texnologiyasına uyğun)

Salyan rayonunda balıqçılığın inkişafı ilə bağlı konkret addımlar atılmalı, Salyanın balıqçılıq şöhrəti özünə qaytarılmalı, balıqçıların statusu ilə bağlı xüsusi qanun qəbul edilməli, fərdi balıqçılıq təsərrüfatları yaradılmalı, balıqçıların fəaliyyəti üçün hər cür şərait yaradılmalıdır;

Dənli bitkilərin damcı üsulu ilə suvarılması (Türkiyə, İsrail texnologiyası)

Ərazidə yeni istehsal yerlərinin, xüsusilə, süd məhsullarının istehsalı üçün fabrikin qurulması məsələsinin qaldırılması;

Iki yerdə kənd təsərrüfatı məhsulları üçün yeni soyuducu kameraların qurulması məsələsinin qaldırılması;

Logistika mərkəzinin yaradılması məsələsinin qaldırılması;

İNFRASTRUKTUR:

Kənd yollarının bərpası və yeni yolların salınması ilə bağlı məsələ qaldırılması;

Elektrik enerjisi və qaz təchizatı ilə bağlı problemlərinin həllinə köməklik göstərmək məqsədi ilə müvafiq dövlət orqanları qarşısında məsələ qaldırılması və onun həllinə nail olunması;

Su-kanalizasiya infrastrukturunun bərpası və yenidən qurulması ilə bağlı deputat təklifinin qaldırılması;

Ayrı-ayrı kəndlərdə içməli su probleminin həlli məqsədi ilə artezian quyularının qazılması, bəzilərinin bərpa edilməsinə və su kəmərlərinin xarici texnologiyaya uyğun çəkilməsinə müvafiq qaydada köməklik göstərilməsi;

Kəndlərin suvarma suyuna olan ehtiyacını ödəmək məqsədilə suvarma sisteminin yenidən qurulması;

SOSİAL MƏSƏLƏLƏR:

Pensiyaların məbləğinin orta aylıq dolanışıq səviyyəsinə uyğunlaşdırılması təklifinin irəli sürülməsi;

Vətəndaşlar üçün davamlı və sabit gəlir əldə etmək imkanını saxlamaq üçün yeni iş yerlərinin açılmasını təşviq edən qanunvericilik bazasının yaradılması;

Şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, ahıl şəxslərə, əlillərə, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrə yaxından diqqət yetirilməsi;

GƏNCLƏR SİYASƏTİ:

Ipoteka kreditləri üzrə şərtlərin gənc ailələr üçün yüngülləşdirilməsi nəzərdə tutan təkliflərin hazırlanması və bunu reallaşdırmaqla salyanlı gənclərin mənzil təminatının yaxşılaşdırılması;

Gənc ailələr tərəfindən mənzil tikintisi üçün onlara müvafiq torpaq fondunun ayrılması məsələnin icra orqanları qarşısında məsələ qaldırılması;

Azərbaycanın hüdudlarından kənarda yaşayan və işləyən salyanlı gənclərin potensialının reallaşdırılmasına hər cür köməklik göstərilməsi;

Gənclərin ölkə daxilində keyfiyyəli təhsil alması ilə yanaşı, onların dövlət hesabına xaricdə təhsil almaları, peşəkar kadr kimi vətənə dönmələri və yüksək təminatlı işlə təmin olunmaları üçün səylərin artırılması;

TƏHSİL:

Rayonda ali və orta ixtisas məktəblərinin açılmasına, o cümlədən təmirə ehtiyacı olan məktəblərin yenidən qurulmasına dair müvafiq icra orqanları qarşısında məsələ qaldırılması;

SƏHİYYƏ:

Dövlət tibb müəssisələrinin maddi-texniki təchizatının yaxşılaşdırılması məqsədi ilə qanunvericilik təklifi ilə çıxış etmək;

Əlillər və aztəminatlı ailələrin təmənnasız tibbi müayinə və müalicəsi üçün dəstək göstərmək;

MƏDƏNİYYƏT:

Mədəniyyət obyektlərinin, klubların müasirləşdirilməsi məsələsinin qaldırılması;

Mən inanıram ki, məhz Sizlərlə birlikdə Salyanımız inkişaf edəcək və daha da çiçəklənəcək!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR