Federika Mogerini İrana səfər edəcək

Federika Mogerini İrana səfər edəcək
# 11 aprel 2016 10:04 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev – APA. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerininin başçılıq etdiyi nümayəndə heyəti aprelin 16-da İrana səfər edəcək.

APA-nın Tehran bürosunun İran mətbuatına istinadən verdiyi məlumata görə, bu səfər İranın nüvə proqramına dair Birgə Fəaliyyət Planının icrasından sonra Tehranla Brüssel arasında yeni səhifə açacaq.

Onu da bildirək ki, bu gün BMT-nin Suriya məsələri üzrə nümayəndəsi Stefan De Mistura Tehrana səfər edəcək. O, keçirəcəyi görüşlərdə Suriyadakı sülh prosesini müzakirə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR