Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
# 31 may 2016 23:09 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun mayın 31-də Brüsselə işgüzar səfəri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə əvvəlcədən planlaşdırılmış görüşü keçirilib.

APA-nın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin mümkün olan ən tez bir zamanda irəlilədilməsi məqsədilə iyun zirvə toplantısına hazırlıq üçün Vyana görüşünün nəticələri müzakirə edilib.

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iyun ayında keçirilməsi planlaşdırılan görüşünün ləğv edilməsi barədə xəbərə münasibət bildirən Hikmət Hacıyev belə bir görüşün keçirilməsinin təklif olunmadığını və nəticə etibarilə planlaşdırılmadığını vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR