Bakıda vətəndaşa qarşı 118 min manatlıq dələduzluq edilib

Bakıda vətəndaşa qarşı 118 min manatlıq dələduzluq edilib
# 01 iyun 2016 13:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda vətəndaşa qarşı külli miqdarda dələduzluq edilib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Rauf Cavanşir oğlu Sadıxov polisə ərizə ilə müraciət edərək Nadir Şıxzadə oğlu Babayevin iş qurmaq adı ilə onu aldadaraq 118 min 700 manat pulunu mənimsədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR