Energetika Xartiyası: Azərbaycan enerji sahəsində böyük addımlar atıb

Energetika Xartiyası: Azərbaycan enerji sahəsində böyük addımlar atıb
# 04 dekabr 2015 09:25 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Energetika Xartiyasının üzvü olan Azərbaycan təşkilatın işində fəal rol oynayır.

Bu barədə APA-ya açıqlamasında xartiyanın baş katibi Urban Rusnak bildirib.

"Mən çox şadam ki, Azərbaycan Energetika Xartiyasının işində fəal iştirak edən və onun əsasını qoyan ölkələrdən biridir. Energetika Xartiyası çərçivəsində Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə, Yaponiya, Qazaxıstan kimi böyük ölkələrlə əməkdaşlıq edir. Düşünürəm ki, bu əməkdaşlıq ölkənin rifahı naminə böyük töhfələr verəcək", - deyə U. Rusnak bildirib.

Onun sözlərinə görə, son 15 ildə Azərbaycan enerji sahəsində böyük addımlar atıb: "Azərbaycan Cənubi Qafqaz regionunda enerji sektorunda əməkdaşlıq baxımından aparıcı ölkədir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR