Yevlax və Tərtər rayonlarında yeni arxeoloji materiallar aşkarlanıb

Yevlax və Tərtər rayonlarında yeni arxeoloji materiallar aşkarlanıb
# 29 sentyabr 2016 10:21 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Yevlax rayonunun Qaramanlı və Tərtər rayonunun Bəyimsarov kəndləri arasındakı ərazidə aparılan arxeoloji tədqiqat işləri zamanı 10 ədəd küp qəbir açılıb.

APA-nın məlumatına görə, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Vaqif Əsədov bildirib ki, eradan əvvəl II-I əsrlərə aid dəfn küplərinin yanında və içərisində müxtəlif ölçülü və formalı onlarla saxsı qab – küpə, kasa, piyalə və sair, n tuncdan bəzək əşyaları və əmək alətləri (gərdənlik, qolbaqlar, oraq) aşkarlanıbb.

Arxeoloji materialların bir hissəsi Yevlax-Tarix Diyarşünaslıq Muzeyinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR