TürkPA-nın baş katibi Gəncəyə səfər edib

TürkPA-nın baş katibi Gəncəyə səfər edib
# 01 iyul 2016 16:43 (UTC +04:00)

Gəncə. Azər Məmmdli – APA. TürkPA-nın baş katibi Jandos Asanov Gəncəyə səfər edib.

APA-nın qərb bürosunun xəbərinə görə, qonaq şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayevlə görüşüb. Söhbət zamanı Elnur Rzayev Jandos Asanova Gəncənin tarixi, mədəniyyəti, sənaye potensialı haqqında ətraflı məlumat verib. Baş katib gəlişinin məqsədini açıqlayaraq bildirib ki, Azərbaycanın regionları ilə tanışlıq çərçivəsində səfərə Gəncədən başlayıb: “Bu da təsadüfi deyil. Türk tarixində ilk parlament respublikası olan Azərbaycan Demokratik Respublikası ilk zamanlar bu qədim şəhərdə fəaliyyət göstərib. Gəncə dünyaya Nizami Gəncəvi kimi böyük mütəfəkkir bəxş edib. Odur ki, türk dünyasının tarixində və mədəniyyətində Gəncənin önəmli yeri var”.

Deputat Naqif Həmzəyev qonağı Gəncə şəhərində görməkdən məmnun olduğunu bildirərək türk xalqları ilə dostluq və əməkdaşlığın vacibliyini vurğulayıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR