“Azanfilm” vakansiya elan edib

 “Azanfilm” vakansiya elan edib
# 06 yanvar 2016 13:53 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Azanfilm” cizgi filmləri studiyası yeni strateji və bədii inkişaf planına uyğun olaraq vakansiyalar elan edib. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, animasiya sahəsində təcrübəsi olan bütün mütəxəssislər demo-reel və ya portfoliolarını fevralın 10-dək [email protected] elektron ünvanına təqdim edə bilərlər.

Ən yaxşı işlərin təqdimatı “Azanfilm” studiyasında keçiriləcək. Təqdim olunan işlərin əsasında seçilmiş mütəxəssislər Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə “Azanfilm” studiyasında yeni cizgi filmlərinin istehsalını həyata keçirəcəklər.

“Azanfilm” studiyasının direktoru vəzifəsini icra edən Müşfiq Hətəmovun bildirib ki, vakansiyanın məqsədi bu sahədə yaranmış parakəndəliyi aradan qaldırmaq, istedadlı adamlara dövlətin dəstəyini təklif edib animasiya sənətinin inkişafına təkan verməkdən ibarətdir: “Söhbət təkcə maddi problemlərin deyil, eyni zamanda yaradıcı dəstək, texniki və təşkilatı məsələlərin həllindən gedir. Layihənin gerçəkləşdirilməsinə ölkəmizin aparıcı animasiya mütəxəssisləri cəlb olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR