Mayda Naxçıvanda enerji təminatının 90%-i günəş və su elektrik stansiyaları hesabına ödənilib

Mayda Naxçıvanda enerji təminatının 90%-i günəş və su elektrik stansiyaları hesabına ödənilib
# 11 iyun 2016 08:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən elektrik stansiyalarında, yüksək və alçaqgərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılıb.

Naxçıvanın Dövlət Energetika Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, bu dövrdə Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində görülən işlər də davam etdirilib. Belə ki, muxtar respublikanın şəhər və kəndlərində 3 ədəd yeni transformator yarımstansiyası quraşdırılıb, 4,5 kilometr uzunluğunda yeni elektrik verilişi xətti çəkilib, 1 kilometr uzunluqlu hava elektrik verilişi xətti kabel xətti ilə əvəz edilib, Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 8 transformator təmir olunub.

Muxtar respublikanın enerji təminatında əsas yeri Günəş və su elektrik stansiyaları tutub. Belə ki, ay ərzində elektrik şəbəkələrinə buraxılan enerjinin 82,7%-i su elektrik stansiyalarında, 7,6%-i isə günəş elektrik stansiyasında istehsal olunub.

Qeyd edək ki, Naxçıvan şəhərində smartkarttipli sayğacların qoyulması işləri davam etdirilib, 430 ədəd belə sayğac quraşdırılıb. Bundan başqa, muxtar respublikada elektrik enerjisindən sayğacdankənar istifadənin qarşısının alınması diqqətdə saxlanılıb, yaşayış məntəqələrində mütəmadi olaraq reydlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR