Qazaxıstan hakimiyyəti terrorçuların Aktobedə əsas məqsədlərini açıqlayıb

Qazaxıstan hakimiyyəti  terrorçuların Aktobedə əsas məqsədlərini açıqlayıb
# 12 iyun 2016 13:24 (UTC +04:00)

Bakı-APA. İyunun 5-də Qazaxıstanın Aktobe şəhərində silah mağazalarına və hərbi hissəyə hücum edən terrorçuların məqsədi silah ələ keçirdikdən sonra islah müəssisəsinə və dövlət orqanlarının inzibati binalarına hücum etmək olub.

APA-nın “Novosti-Kazaxıstan” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Aktobedə keçirilən mətbuat konfransında Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədrinin müavini Nurqali Bilisbekov bildirib.

N. Bilisbekov terrorçulara anında reaksiya verilməsi və hüquq-mühafizə orqanlarının peşəkarlığı onların niyyətlərinə çatmasının qarşısını alıb. Komitə sədrinin müavini Aktobedə 9 cinayətkarın saxlanıldığını, 18 cinayətkarın öldürüldüyünü də söyləyib. Olayla bağlı terrorçulara qarşı açılan 25 cinayət işi bir cinayət işində birləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR