Bakıda evə basqın edən şəxs ev sahibəsini bıçaqlayıb

Bakıda evə basqın edən şəxs ev sahibəsini bıçaqlayıb
# 28 iyul 2016 10:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış evinə basqın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 27-də Binəqədi rayonu ərazisində yaşayan İradə Hüseynovanın mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs ona bıçaqla xəsarət yetirib evdən 110 manat pul aparıb.

İ.Hüseynovan xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə hadisənin Bakı şəhər sakini Samir Rəşidov tərəfindən törədilməsi müəyyən edilib.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR