İŞİD daxilində kamikadzeləri hazırlayan terrorçu zərərsizləşdirilib

İŞİD daxilində kamikadzeləri hazırlayan terrorçu zərərsizləşdirilib
# 14 yanvar 2016 13:05 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İraq ordusu İŞİD daxilində kamikadze hazırlamaq üzrə məsul olan komandiri zərərsizləşdirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə İraq Müdafiə Nazirliyi açıqlama yayıb. Muhammed Əbd Manaf ər-Raui adlanan terrorçu yanvarın 7-də keçirilən əməliyyat zamanı yaralanıb. O, Əbu-Kamal şəhərindəki xəstəxanada ölüb. İraq DİN-in kəşfiyyat qrupu onun Bağdadda kamikadze dəstəsinin hazırlanmasına məsuliyyət daşıdığını təsdiqləyib. Həmin şəxs beynəlxalq axtarışda olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR