SOCAR "Neft Daşları"nda itkin düşmüş 3 əməkdaşın ailəsinə birdəfəlik maddi yardımı öz üzərinə götürüb

SOCAR "Neft Daşları"nda itkin düşmüş 3 əməkdaşın ailəsinə birdəfəlik maddi yardımı öz üzərinə götürüb
# 17 dekabr 2015 13:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR “Neft Daşları”nda itkin düşmüş 3 neftçinin ailəsinə birdəfəlik maddi yardım verilməsini öz üzərinə götürüb.

"APA-Economics"in xəbərinə görə, dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza zamanı SOCAR-ın Nəqliyyat İdarəsinin itkin düşmüş əməkdaşları - buxar aqreqatının maşinisti Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları Bəhmən Cəfərov və Rövşən Məmmədovun ailələrinə SOCAR tərəfindən 15 000 manat məbləğində birdəfəlik maddi yardım ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR