Oğuzda yuk avtomobili qəzaya uğrayıb, sürücü xəsarət alıb

Oğuzda yuk avtomobili qəzaya uğrayıb, sürücü xəsarət alıb
# 28 mart 2016 00:10 (UTC +04:00)

Bakı-APA. Oğuzda yol-nəqliyyat hadisəsi qeydə alınıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonu ərazisində “Kamaz” markalı yük avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub.


Dərhal nazirliyin Şimal-qərb Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 23:56-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR