Yardımlıda iki nəfər su quyusunda boğulub

Yardımlıda iki nəfər su quyusunda boğulub
# 04 oktyabr 2015 19:50 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 4-də saat 16.00 radələrində rayonun Köryədi kəndində qeydə alınıb.

Kənd sakinləri, 35 yaşlı Elvin Sultanağa oğlu Niftəliyev və 32 yaşlı Rahim Musaqulu oğlu Adışov Atəş adlı qonşularına məxsus 20 metr dərinliyində su quyusunu təmizləməyə başlayıblar.

Bir müddət sonra quyunun dibindəki səs-səmir kəsilib. Yuxarıdan ünvanlanan çağırışlara aşağıdan reaksiya verən olmayıb. Quyu təmizləyənlərin həyatı üçün təhlükə yarandığını hiss edən qonşular dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” xidmətinə müraciət ediblər. Nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri təcili hadisə yerinə gəliblər.

Xilasedicilər E. Niftəliyevin və R. Adışovun meyitlərini quyudan çıxararaq ailələrinə təhvil veriblər.

İlkin versiya kimi ölümə quyunun dibində hava çatışmazlığının səbəb olduğu göstərilir.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR