Yaxın üç gündə Azərbaycanda hava günəşli olacaq

Yaxın üç gündə Azərbaycanda hava günəşli olacaq
# 05 aprel 2016 10:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Aprelin 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti, Bakıda gecə 6-8 dərəcə isti, gündüz 14-16 dərəcə isti olacaq.

Aprelin 6-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq, lakin axşam bəzi qərb rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 2-7 dərəcə isti, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 6-8-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və nisbətən sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR