Slavyan Universitetinin Azərbaycan multikulturalizmi kafedrasının kollektivi müsabiqə qalibi olublar

Slavyan Universitetinin Azərbaycan multikulturalizmi kafedrasının kollektivi müsabiqə qalibi olublar
# 17 sentyabr 2015 09:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakı Slavyan Universitetinin Azərbaycan multikulturalizmi kafedrasının kollektivi Mədəniyyət və Turizm Nazirliyinin araşdırmaçılar arasında keçirdiyi “Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı” mövzusunda müsabiqənin qalibi olub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən APA-ya verilən məlumata görə, müsabiqə prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və ölkəmizin müsbət beynəlxalq imicinin formalaşmasında böyük əhəmiyyətə malik olan Bakı Prosesi, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun elmi tədqiqi və təşviqi məqsədi daşıyır.

Eyni zamanda, müsabiqənin keçirilməsində niyyət Azərbaycanın elmi ictimaiyyətinin sözügedən sahəyə diqqətinin artırılması, mədəniyyətlərarası dialoq və multikulturalizm kimi sosial-siyasi məfhumların respublikada aparılan elmi araşdırmaların əsas tədqiqat predmetlərindən birinə çevrilməsi və sahənin inkişafına xidmət edə biləcək ekspert rəylərinin toplanmasına xidmət edir.

Multikulturalizm kafedrasının təqdim etdiyi layihə “Azərbaycan – mədəniyyətlərarası dialoqun və multikuturalizmin məkanı kimi” adlanır.

Layihədə müxtəlif mədəniyyətlərin sülh şəraitində yaşamasına və inkişafına yönəlmiş müasir Azərbaycanın dövlət siyasəti, millətlərarası münasibətlər siyasətinin hüquqi bazası təhlil olunur və Azərbaycanda məskunlaşan etnik müxtəlifliyin mədəni dəyərlərinin qorunması və inkişafı sahəsində Azərbaycan Respublikası dövlət siyasətinin əsas prinsipləri öz əksini tapır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR