Rustavidə azərbaycanlı qadın dəm qazından ölüb, onun iki azyaşlı övladı isə zəhərlənib

Rustavidə azərbaycanlı qadın dəm qazından ölüb, onun iki azyaşlı övladı isə zəhərlənib
# 09 mart 2016 14:35 (UTC +04:00)

Rustavi. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın Rustavi şəhərində azərbaycanlı qadın dəm qazından boğulub.

Bu barədə APA-nın Gürcüstan bürosuna məlumat verən Rustavidə fəaliyyət göstərən "Salam" Xeyriyyə Cəmiyyətinin sədri Maya Rəcəbova bildirib ki, hadisə gecə saatlarında qeydə alınıb. 32 yaşlı Turanə Səfərova iki övladını hamamda çimizdirdikdən sonra özü də yuyunmaq istəyib. Bu zaman qadın dəm qazından boğularaq, ölüb, onun övladları - 9 yaşlı Leyla Səfərova ilə 8 yaşlı Şərif Səfərov isə zəhərləniblər. Uşaqlar qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb, reanimasiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanadan onların vəziyyətinin stabil olduğu, həyatları üçün təhlükənin olmadığı bildirilib.




#
#

ƏMƏLİYYAT İCRA OLUNUR