Rezidenturaya qəbulla bağlı Apellyasiya Komissiyası yaradılıb

Rezidenturaya qəbulla bağlı Apellyasiya Komissiyası yaradılıb
# 04 aprel 2016 09:02 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2016/2017-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 3 aprel tarixində keçirilmiş birinci mərhələsi ilə (baza fənləri üzrə) əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Apellyasiya Komissiyası yaradılıb. Bu barədə APA-ya TQDK-dan məlumat verilib.

Qeyd olunub ki, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir: “Namizədlər Apellyasiya Komissiyasına 2016-cı il aprelin 4-dən 6-dək saat 10.00-dan 17.00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR