Bakı. Musa Əhmədov - APA-Economics. “AzRe Təkrarsığorta” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağının vaxtı açıqlanıb.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, şirkətin səhmdarlarının növbəti illik ümumi yığıncağı bu ilin mayın 5-də keçiriləcək.
Ümumi yığıncaqda 2015-ci ilin maliyyə göstəriciləri, 2016-cı ilin strateji inkişaf planı və sair məsələlər müzakirə olunacaq.