Azərbaycanın məscidlərində İstanbuldakı terrorun qurbanları anılıb

Azərbaycanın məscidlərində İstanbuldakı terrorun qurbanları anılıb
# 04 iyul 2016 11:34 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyədə - İstanbulun Atatürk hava limanında baş verən terror hadisəsi ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana, baş nazir Binəli Yıldırıma və diyanət işləri başqanı, müfti Mehmet Görməzə başsağlığı məktubları yollayıb.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktublarda şeyxülislam təəssüf və hiddətini ifadə edərək qardaş türk xalqına başsağlığı diləklərini çatdırıb.

Qeyd edək ki, ötən həftənin cümə günü Azərbaycanın bütün məscidlərində cümə namazları və moizələri Atatürk hava limanındakı terror qurbanlarına həsr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR