Azər Maqsudov: “Bakıda daş karxanalarında işləyənlər ilan sancmalarına daha çox məruz qalır”

Azər Maqsudov: “Bakıda daş karxanalarında işləyənlər ilan sancmalarına daha çox məruz qalır”
# 08 iyun 2016 09:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Ötən iki ay ərzində ilan zəhərlənmələri ilə bağlı 24 müraciət daxil olub. Müraciət edənlərdən 13 nəfər xəstəxanaya qəbul edilib”.

APA-nın xəbərinə gör, bunu Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

O bildirib ki, müraciət edənlərdən 4 nəfərin vəziyyəti ağır olub. “Müayinədən sonra onların vəziyyəti yaxşılaşıb. İlan sancmasından ölüm qeydə alınmayıb. Son aylarda əqrəb və qaraqurd sancmaları diaqnozu ilə iki xəstə daxil olub”.


A.Maqsudov qeyd edib ki, ilan sancmaları daha çox Bakı və ətraf qəsəbələrdə (Zirə, Xəzər, Qaradağ), habelə Şamaxı, Ağsu, Qəbələ, Şəmkir, Tovuz, Cənub və Aran rayonlarında qeydə alınıb. Bakıda əsasən daş karxanalarında işləyən şəxslər ilan sancmalarına məruz qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR