Səhiyyə Nazirliyi: “Donuz qripi” ilə əlaqədar şübhəli hal qeydə alınmayıb

Səhiyyə Nazirliyi: “Donuz qripi” ilə əlaqədar şübhəli hal qeydə alınmayıb
# 04 yanvar 2016 08:21 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının müdiri Rakif Abdullayev deyib.

O bildirib ki, “Qaynar xətt”ə “donuz qripi” ilə bağlı müraciət daxil olmayıb.

R. Abdullayev qeyd edib ki, səhiyyə naziri Oqtay Şirəliyevin “donuz qripi” ilə bağlı imzaladığı əmr qüvvədədir: “Donuz qripi” təhlükəsinə görə nəzərdə tutulmuş tədbirlər tərəfimizdən həyata keçirilir”.

Qeyd edək ki, ötən il İranda 33, bu il isə Türkiyədə 3 nəfər “donuz qripi” epidemiyası nəticəsində həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR