Nyu-Yorkda serb pravoslav kilsəsi yanır

Nyu-Yorkda serb pravoslav kilsəsi yanır
# 02 may 2016 02:28 (UTC +04:00)

Bakı-APA. Nyu-Yorkda müqəddəs Savva kafedral kilsəsində güclü yanğın baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yanğının söndürülməsinə yanğınsöndürən briqadalar cəlb olunub.

İnsidentin başvermə səbəbləri və zərərçəkənlər barədə məlumat verilmir.

Nyu-Yorkun Manhetten bölgəsində yerləşən serb pravoslav kilsəsi XIX əsrin ortalarında inşa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR