Rusiyada helikopter gölə düşüb

Rusiyada helikopter gölə düşüb
# 14 may 2016 10:32 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiyada helikopter gölə düşüb.

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, hadisə Leninqrad vilayətində baş verib.

Hadisə yerinə yanğınsöndürənlər və axtarış-xilasetmə briqadaları cəlb edilib.

İlkin məlumatlara görə, helikopter elektrik naqillərinə ilişərək gölə düşüb. Bəzi məlumatlarda isə partlayışın olduğu bildirilir.

Helikopterin göyərtəsində iki nəfərin olduğu ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR