Rusiya İstintaq Komitəsinin sədri BDU-da mühazirə oxuyub - FOTOSESSİYA

Rusiya İstintaq Komitəsinin sədri BDU-da mühazirə oxuyub - <span style="color: red;">FOTOSESSİYA
# 16 oktyabr 2015 12:32 (UTC +04:00)

Abel Məhərrəmov Komitənin xatirə medalı ilə təltif olunub


Bakı-APA. Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri, ədliyyə general-polkovniki, Rusiyanın «Əməkdar hüquqşünası», professor Aleksandr Bastrıkinin Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim və tələbə heyəti ilə görüşü keçirilib.

BDU-dan APA-ya verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov görkəmli dövlət xadimi Adeksandr Bastrıkinin yenidən universitetə gəlişini yüksək qiymətləndirib, bu görüşün universitet kollektivi, xüsusən tələbələr üçün əhəmiyyətli olacağını bildirib. O, Aleksandr Bastrıkin və Azərbaycanın baş prokuroru Zakir Qaralov tərəfindən imzalanmış “Əməkdaşlıq haqqında” sazişdən danışaraq bunun ölkələrarası münasibətlərin daha da möhkəmlənməsinə təsir edəcəyini deyib. Rektor A.Bastrikinin dövlət və hüququn müxtəlif sahələri ilə bağlı 120-dən artıq elmi əsərin müəllifi olduğunu və təcrübəsini tədbirdə iştirak edən gənclər və tələbələrlə bölüşməsinin faydalı olacağına əminliyini ifadə edib.


Daha sonra qonağın əvvəlki illərdə BDU-da olduğunu əks etdirən qısa video-rolik nümayiş etdirilib.

Hüquq fakültəsinin Kriminalistika kafedrasının müdiri, professor Kamil Səlimov A.Bastrıkinin tərcümeyi-halı, ictimai-siyasi fəaliyyəti ilə bağlı çıxış edib.
Sonra professor Aleksandr Bastrıkin "Rusiya Federasiyası İstintaq Komitəsinin müasir mərhələdə fəaliyyəti haqqında: əsas suallar, problemlər və onların həlli yolları. Beynəlxalq əməkdaşlıq. Hüquqi şəxslərin cinayət məsuliyyəti daşıması" mövzusunda məruzə edib və hüquq fakültəsi tələbələri və müəllimlərinin çoxsaylı suallarını cavablandırıb.

Sonda Aleksandr Bastrıkin rektor Abel Məhərrəmovu Rusiya Federasiyası İstintaq Komitəsinin xatirə medalı ilə təltif edib.

Qeyd edək ki, görüşdə Baş prokurorun 1-ci müavini Rüstəm Usubov, Rusiya Federasiyasının İstintaq Komitəsinin Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi Oleq Mixaylov, Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə rəisləri - Kamal Qılıcov, Erkin Əlixanov, o cümlədən professor İlham Rəhimov da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR