Bakıda əvvəllər məhkum olunmuş qadından narkotik götürülüb

Bakıda əvvəllər məhkum olunmuş qadından narkotik götürülüb
# 21 oktyabr 2015 08:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda əvvəllər məhkum olunmuş şəxsdən narkotik vasitə götürülüb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Viktoriya İlinişna Kotleyardan 0,364 qram heroin aşkar edilib.

Müəyyən edilib ki, o, yanvarın 12-də Zərdabi küçəsində yerləşən ticarət mərkəzində Gülxar Nuhbalıyevanın içərisində 100 ABŞ dolları, bankomat kartı və şəxsiyyət vəsiqəsi olan pul kisəsini, martın 6-da Moskva prospektində Surxay Quluzadənin cibindən 200 manat, sentyabrın 10-da A.Şərifzadə küçəsində yerləşən mağazada Güləndam Həsənovaya məxsus içərisində 500 manat, iki ədəd mobil telefon, açar və şəxsiyyət vəsiqəsi olan əl çantasını oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR