Hakimiyyət nümayəndəsinə zor tətbiq edən şəxslərin apellyasiya şikayətinə baxılacaq

Hakimiyyət nümayəndəsinə zor tətbiq edən şəxslərin apellyasiya şikayətinə baxılacaq
# 14 sentyabr 2016 12:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Apellyasiya Məhkəməsində hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və digər cinayətlərdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə başlayır.

Bu barədə APA-ya məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, şikayətə sentyabrın 19-da Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, bir müddət əvvəl Sabunçu Rayon Məhkəməsində ötən ilin noyabrında qanunsuz aksiyaya cəhd edən Müsəlman Birliyi Hərəkatının 6 üzvünə hökm oxunub.
Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddələri ilə (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ittiham olunublar.

Məhkəmənin qərarına əsasən, Rzayev Sahil Xalid oğlu 6 il 5 ay 15 gün, Vəliyev Niftəli Əşrəf oğlu 5 il 11 ay 10 gün, Əliyev Anar Yusif oğlu 5 il 11 ay, Bünyadov Elvin Hatif oğlu 6 il 1 ay 15 gün, Əhmədov Lətif Süleyman oğlu 5 il 11 ay 20 gün, Osmanov Teymur Adilxan oğlu 5 il 11 ay 15 gün azadlıqdan məhrum ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR