Bu gün bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

Bu gün bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq
# 04 noyabr 2015 06:59 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. Bu gün Bakı şəhəri Nizami və Suraxanı rayonlarında, həmçinin, Mingəçevir, Ağstafa və Quba rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən xəbərə görə, yeni çəkilmiş qaz kəmərlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qış mövsümündə abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə noyabrın 4-ü saat 10.00-dan işlər yekunlaşanadək Nizami rayonunun 8-ci km qəsəbəsində, saat 10.00-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Qaraçuxur və Əmircan qəsəbələrində, saat 09.00-dan 18.00-dək Mingəçevir şəhərində, saat 10.00-dan 18.00-dək Ağstafa rayonunda, saat 10.00-dan 16.00-dək isə Quba rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR