Lənkəranda yağan leysan yağışlar nəticəsində evdə köməksiz qalan ailə xilas edilib

Lənkəranda yağan leysan yağışlar nəticəsində evdə köməksiz qalan ailə xilas edilib
# 04 dekabr 2015 11:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Lənkəran rayonunda yağan leysan yağışlar nəticəsində evdə köməksiz vəziyyətdə qalan ailə xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Cənub Regional mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Girdəni kəndində leysan yağışları nəticəsində bir ailənin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb edilmiş Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri həyətyanı sahənin su basması nəticəsində evdə köməksiz vəziyyətdə qalmış 4 nəfəri təhlükəsiz əraziyə çıxarılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR