Tereza Mey rəsmi olaraq Böyük Britaniyanın baş naziri təyin edilib

Tereza Mey rəsmi olaraq Böyük Britaniyanın baş naziri təyin edilib
# 13 iyul 2016 19:05 (UTC +04:00)

Bakı-APA. Mühafizəkarlar Partiyasının lideri Tereza Mey rəsmən Böyük Britaniyanın yeni baş naziri təyin edilib

APA-nın BBC-yə istinadən məlumatına görə, bununla əlaqədar Böyük Britaniyanın kraliçası II Yelizaveta fərman imzalayıb.

II Yelizaveta T.Meyə yeni hökuməti formalaşdırmağı tapşırıb. Gözlənilir ki, artıq bu axşam yeni nazirlərin adları bəlli olacaq. Qeyd edək ki, Tereza Mey II Yelizavetanın krallığı dövründə sayca 13-cü baş naziridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR