Nikaraqua sahillərində turist gəmisi batıb, 13 nəfər ölüb

Nikaraqua sahillərində turist gəmisi batıb,  13 nəfər ölüb
# 24 yanvar 2016 03:39 (UTC +04:00)

Bakı-APA. Nikaraqua sahillərində göyərtəsində Mərkəzi Amerika və ABŞ turistlərinin olduğu gəmi batıb, nəticədə 13 nəfər ölüb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, ölənlərin hamısı Kosta-Rika vətəndaşlarıdır.

Qəza Karib dənizində, Litl Korn Aylend adasl yaxınlığında baş verib.

Gəmini göyərtəsində 32 turist olub, onlardan 19 nəfəri xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR