Bakı-Quba yolunda avtomobillə vurulan piyada ölüb

Bakı-Quba yolunda avtomobillə vurulan piyada ölüb
# 07 dekabr 2015 07:32 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, magistralın 52-ci km-də 1991-ci il təvəllüdlü Abdullayev Eyvaz Əmiraslan oğlu idarə etdiyi “BMW” markalı avtomaşınla piyada Mövlanov Elmağa Balağa oğlunu vurub. Piyada aldığı xəsarətdən ölüb.


Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR