Dini Komitədə İsveçrə Yəhudi İcmaları Federasiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Dini Komitədə İsveçrə Yəhudi İcmaları Federasiyasının nümayəndə heyəti ilə görüş keçirilib
# 08 sentyabr 2016 16:16 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komitə sədri yəhudilərin Azərbaycanda 2500 ildir məskunlaşdığını, öz adət-ənənələrini qoruyub saxladıqlarını deyib. M. Qurbanlı bu icmanın Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etdiyini xüsusi qeyd edib.

Herbert Vinter isə Azərbaycanın multikulturalizm məsələlərinə böyük önəm verən çox az sayda ölkələrdən biri olduğunu vurğulayıb. Ölkədəki dövlət-din münasibətlərini, tolerantlıq ənənələrini, yəhudi icmasına göstərilən yüksək qayğı və diqqəti xüsusi vurğulayan qonaq, bunun bütün dünya üçün nümunə ola biləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR