“Cibgir Elçin”in apellyasiya şikayətinə baxılır

“Cibgir Elçin”in apellyasiya şikayətinə baxılır
# 07 oktyabr 2016 07:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə-APA. Bakı Apellyasiya Məhkəməsində "Oğru aləmində" "cibgir Elçin" ləqəbi ilə tanınan və hazırda həbsdə olan Elçin Kərimduxtun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, o, həbsdən vaxtından əvvəl azad olunması üçün Xəzər rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun müraciətini təmin etməyindən apellyasiya şikayəti verib.

Xatırladaq ki, bir müddət əvvəl Sumqayıtda cibgirliklə məşğul olan E. Kərimduxt tutulub. Onun üzərindən narkotik vasitə götürülüb. E. Kərimduxt 2005-ci ildə də narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkum olunub. E. Kərimduxt “oğru” aləmində “cibgir Elçin” kimi tanınır. O, məhkəmə hökmü ilə bir neçə il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR