Bakı bulvarında intihara cəhd edən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Bakı bulvarında intihara cəhd edən şəxsin kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 12 sentyabr 2016 07:42 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Dənizkənarı Milli Parkın ərazisində özünü dənizə ataraq intihara cəhd edən şəxsin kimliyi məlum olub.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırmalar nəticəsində həmin şəxsin Abşeron rayonu Masazır qəsəbəsinin sakini Vüsal Şahlar oğlu Alpənahov olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

***

saat 09.30

Bakı - APA. Bakı şəhərinin Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1200 m aralıda, nəzarətsiz ərazidə) 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadın verdiyi məlumata görə, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

Xilasedicilər tərəfindən intihara cəhd edən və onu xilas etmək istəyən 2 nəfər xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR