Hacıqabul və Şirvan sakinlərinə qarşı dələduzluq edən şəxs tutulub

Hacıqabul və Şirvan sakinlərinə qarşı dələduzluq edən şəxs tutulub
# 06 oktyabr 2016 09:59 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Hacıqabul və Şirvan sakinlərinə qarşı dələduzluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyunun 3-də Hacıqabul rayon sakini Zahidağa Səmədbəylini aldadıb 2400 manat pulunu almaqda şübhəli bilinən həmyerlisi Sabir Həsrətov saxlanılıb. Onun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2015-ci ildə Hacıqabul rayon sakini Əlisəddar Ağayevi və Şirvan şəhər sakini Əlizamin Nəsirovu aldadıb onlardan ümumilikdə 4400 manat pul alması, habelə Sabunçu Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR