Ceyhun Mirzəyevin məzarı ziyarət olunub

Ceyhun Mirzəyevin məzarı ziyarət olunub
# 12 aprel 2016 12:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının və Kinematoqrafçılar İttifaqının kollektivi aktyor və rejissor Ceyhun Mirzəyevin xatirəsini yad edib, məzarı üzərinə əklil qoyub. APA-nın məlumatına görə, xatirə mərasimində çıxış edənlər C. Mirzəyevin həyat və yaradıcılığından danışıb, onun Azərbaycan kinosunun inkişafındakı xidmətlərindən bəhs ediblər.

Qeyd olunub ki, mərhum sənətkarın 48 illik ömrünün 35 ildən çoxu kino ilə bağlıdır. İlk rolu 11 yaşında “Görüş” filmində olub. On iki yaşında isə “Ögey ana”da İsmayıl roluna çəkilib. Ceyhun Mirzəyev kinostudiyada aktyor və rejissor kimi çalışıb, Rusiya, Qazaxıstan, Ukrayna və digər ölkələrin filmlərində rol alıb. C.Mirzəyev “Mozalan” satirik kinojurnalının bədii rəhbəri olub, bu kinojurnal üçün 100-dən artıq süjet çəkib.

Görkəmli kino ustasının son filmi “Fəryad” olub. O, erməni vəhşiliklərini əks etdirən bu filmin həm rejissoru olub, həm də ekran əsərində aktyor kimi çəkilib. Lakin filmin premyerasını görmək ona qismət olmayıb.

Qeyd edək ki, C. Mirzəyev 1946-cı il aprelin 9-da Ağdam rayonunda anadan olub. Bu il aktyorun anadan olmasının 70 illiyi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR