Beynəlxalq Miqrasiya Təşkilatı: 2015-ci ildə Avropaya 1 milyondan çox miqrant gəlib

Beynəlxalq Miqrasiya Təşkilatı: 2015-ci ildə Avropaya 1 milyondan çox miqrant gəlib
# 22 dekabr 2015 10:55 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Bu il ərzində Avropaya su və quru yolu ilə gələn miqrantların sayı 1 milyonu keçib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında deyilir.

Təşkilatın məlumatına görə, ötən illə müqayisədə bu rəqəm dörd dəfə artıb.

Böyük əksəriyyət dəniz yolu ilə sərhədi keçib. Aralarında Suriya, İraq və Əfqanıstandan olan təxminən 800 mindən çox miqrant Türkiyə və Yunanıstan ərazisindən keçməklə Avropaya gəlib.

Məlumatda deyilir ki, 3 695 miqrant bu il ərzində ya suda boğulub, ya da itkin düşüb.

Qeyd edək ki, ötən həftə dərc olunan BMT məruzəsi bu il üçün dünya üzrə evlərini məcburi şəkildə tərk etmək məcburiyyətində olan insanların sayının 60 milyonu ötəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR