Deputatlığa namizəd Jalə Əliyeva seçicilərlə görüşlərini davam etdirir - FOTOSESSİYA

Deputatlığa namizəd Jalə Əliyeva seçicilərlə görüşlərini davam etdirir - <span style="color: red;">FOTOSESSİYA
# 26 oktyabr 2015 18:09 (UTC +04:00)

APA-nın məlumatına görə, namizəd Zərdab rayonunun Cəlli, Əlicanlı, Məlikumudlu kəndləri və Bəyimli qəsəbəsinin sakinləri ilə növbəti görüşünü keçirib.

Görüşdə çıxış edən Jalə Əliyeva deyib ki, bugün Azərbaycan sürətlə inkişaf etməkdə, özünün siyasi və iqtisadi qüdrətini artırmaqdadır. O bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyasi sayəsində ölkəmiz regionda əsas söz sahiblərindən birinə çevrilib.

Görüşdə Jalə Əliyevanın 5 illik deputatlıq fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.Seçicilər Zərdabın həlli vacib olan məsələlərini , ayrı-ayrı kəndlərin problemlərini Milli Məclisdə gündəmə gətirdiyi və bir çoxunun həllinə nail olduğu üçün Jalə Əliyevaya təşəkkür ediblər.

Çıxış edən rayon ağsaqqalı Hacı Zülfi dövlətin əhalinin sosial təminatının daha da yüksəldilməsi üçün gördüyü işlərdən çox razı qaldıqlarını və daima Prezident İlham Əliyevin siyasi xəttini müdafiə etdiklərini deyib. Rayon ağsaqqalı Jalə Əliyevanın millət vəkili kimi fəaliyyətinin nümunəvi olduğunu və bütün zərdablıların 1 noyabr seçkilərində onu dəstəkləyəcəyini qeyd edib.

Jalə Əliyeva hər bir seçicisinin probleminə xüsusi diqqətlə yanaşdığını, onları daima dinləməyə və mümkün olan hər cür köməyi göstərməyə hazır olduğunu deyib. Namizəd deputatlıq fəaliyyətində ona dəstək verən bütün seçicilərinə xüsusi təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR