FHN tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin yeni siyahısı təsdiqlənib

FHN tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin yeni siyahısı təsdiqlənib
# 17 mart 2016 14:45 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin siyahısını yeni redaksiyada təsdiq edib.

APA-nın məlumatına görə, FHN tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin yeni siyahısında bütün növ vərdənələr (torpaqkipləyici, silindrli, titrəyişli, pnevmatik), bütün növ yükləyicilər (frontal, çəngəlağız, çalovlu, teleskopik), bütün növ qaldırıcı tipli texnoloji nəqliyyat vasitələri (teleskopik, qayçıvari, platforma tipli), traktor bazasında quraşdırılmış müxtəliftəyinatlı texnoloji qurğu və avadanlıqlar (qaynaq aqreqatı, kompressor, nasoslu aqreqat, kran), ekskavator üzərində quraşdırılan müxtəliftəyinatlı texnoloji qurğu və avadanlıqlar (hidravlik çəkic, betondağıdan, kran), yolsüpürən texnoloji nəqliyyat vasitəsi, dağ-mədən sənayesində istifadə olunan texnoloji nəqliyyat vasitələri, yol tikinti texnikaları (mobil asfalt zavodu, borudüzən, yolnişanlayıcı nəqliyyat vasitələri), asfaltqaşıyan maşınlar, çalaqazan texnoloji nəqliyyat vasitələri, boruəyən maşın, yol freyzeri, asfaltdöşəyən nəqliyyat vasitəsi, təkərli kompressorlar, borudüzən nəqliyyat vasitəsi, qreyderlər, skreperlər, təkərli mexanizmlər, təkərli qaynaq aqreqatları, təkərli generatorlar, qat təmizləyən traktorlar, ekskavatorlar, buldozerlər, elektromühərriklə işləyən nəqliyyat vasitələri, qoşqulu və yarımqoşqulu mexanizmlər, tırtıl və təkər üzərində quraşdırılmış müxtəliftəyinatlı texnoloji qurğu və avadanlıqlar (mobil konteyner, tırtıllı transportyor, payavuran, kran) daxildir.

Qeyd edək ki, FHN tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin öncəki siyahısında şassi üzərində quraşdırılmış payavuran qurğu, yol freyzeri, yol üçün bordyurdöşəyən nəqliyyat vasitəsi, asfalt döşəyən nəqliyyat vasitəsi, qalaqlayıcı nəqliyyat vasitəsi, xüsusi texnoloji xidmət üçün nəqliyyat vasitəsi, qazma işləri üçün nasos aqreqatları, təkərli kompressorlar, boru düzən nəqliyyat vasitəsi, özüdolduran mexanizmlər, qreyderlər, skreperlər, katok (vərdənə), traktor bazasında quraşdırılmış kran, təkərli mexanizmlər, təkərli qaynaq aqreqatları, təkərli generatorlar, qat təmizləyən traktorlar, yolnişanlayıcı nəqliyyat vasitələri, ekskavatorlar, buldozerlər, yükləyicilər, qəza-bərpa nəqliyyat vasitəsi, elektromühərriklə işləyən nəqliyyat vasitələri, qoşqu və yarımqoşqulu mexanizmlər yer almışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR