Kamerunda terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 17 nəfər ölüb

Kamerunda terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 17 nəfər ölüb
# 29 noyabr 2015 03:46 (UTC +04:00)

Bakı-APA. Kamerunun şimalında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı 17 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Nigeriya ilə həmsərhəd Dabanqa şəhərində baş verib. Məlumata görə, ölənlər arasında iki kamerunlu hərbçi var.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Terror aktının “Boko Haram” qruplaşması tərəfindən törədildiyi istisna olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR