Neftin qiyməti 53 dollara yaxınlaşır

Neftin qiyməti 53 dollara yaxınlaşır
# 09 iyun 2016 06:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dünya birjalarında neftin bahalaşması davam edir.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,28 dollar artaraq 51,51 dollar təşkil edib.


ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,17 dollar artaraq 52,68 dollar olub.

Neftin bahalaşmasına səbəb ABŞ-da kommersiya ehtiyatlarının azalmasıdır. Belə ki, Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, ABŞ-da kommersiya neft ehtiyatları proqnozlaşdırıldığı kimi 2,5 mln. barrel deyil, 3,2 mln. barrel azalıb.

Üstəlik, dollara təzyiq neftin bahalaşmasını sürətləndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR