"SOCAR Petroleum SA" son 5 ildə ilk dəfə gəlir əldə edib

"SOCAR Petroleum SA" son 5 ildə ilk dəfə gəlir əldə edib
# 08 iyun 2016 10:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın Rumıniyadakı törəmə şirkəti olan "SOCAR Petroleum SA" 2015-ci ildə əldə etdiyi gəlirlərini açıqlayıb.


"APA-Economics" Rumıniyanın Maliyyə Nazirliyinin açıqladığı hesabata istinadən xəbər verir ki, şirkət ötən il ərzində 2 mln. Rumıniya leyi (502,42 min ABŞ dolları) həcmində gəlir əldə edib.

Şirkət son 5 ildə ilk dəfədir ki, maliyyə ilini gəlirlə başa vurur.

Ötən il ərzində "SOCAR Petroleum SA"-nın ticarət dövriyyəsinin həcmi 616,2 mln. ley (154,8 mln. dollar) təşkil edib ki, bu da ötən 2014-cü illə müqayisədə 17% azdır. Bununla belə, şirkət ili gəlirlə başa vurmağı bacarıb. Ticarət dövriyyəsinin azalmasına səbəb isə neftin ucuzlaşmasıdır. Gəlirlərin artmasına səbəb isə distribusiya seqmentində rentabelliyin artmasıdır.

Hazırda şirkətin Rumıniyanın 24 qraflığı və paytaxt Buxarestdə 26 ədəd qazdoldurma məntəqəsi fəaliyyət göstərir. "SOCAR Petroleum SA"-da 408 nəfər çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR